"EasyJet" təyyarəsinin ikinci pilotu uçuş zamanı huşunu itirib.
Teleqraf.com xəbər verir ki, hadisə Londondan Lissabona uçan təyyarədə baş verib
İkinci pilot huşunu itirəndən sonra həyəcan siqnalı verilib. Bildirilir ki, təyyarədə 193 sərnişin olub.
Təyyarə eniş edəndən sonra pilot Lissabonun Santa Maria xəstəxanasına aparılıb.