25 Avqust 08:00
358
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçikanın paytaxtı Brüssel Beynəlxalq Hava Limanında bomba təhlükəsi yaranıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Belqa" agentliyi hava limanının nümayəndəsinə istinadən məlumat yayıb.

Polis binalara baxış keçirmək üçün gözləmə zalı və baqaj qəbulu sahəsindən insanları təxliyə edib.

Sərnişinlərin hava limanından kənara aparılmadığı, binanın digər otaqlarında qaldıqları dəqiqləşdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər