Tacikistanın baş müftisi, Üləmalar Şurasının Səidmukarram Abdulkodirzoda Düşənbənin mərkəzində yerləşən məscidin yaxınlığında hücuma məruz qalıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, naməlum şəxs ona bıçaqla xəsarət yetirib. Hücum nəticəsində Abdukodirzodanın yüngül xəsarət aldığı qeyd edilir.
Hücum edən şəxs saxlanılıb, faktla bağlı cinayət işi açılıb.