11 Sentyabr 21:57
403
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 11-də paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində vətəndaş G.İsayeva idarə etdiyi "Toyota" markalı avtomobillə idarə etməni itirərək marketlərdən birinin qarşısında avtoqəza törədib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Report"a DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib.

Onun sözlərinə görə, marketin önündə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə ilə bağlı ərazi üzrə polis orqanında təhqiqat araşdırması başlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib.

Araşdırma davam etdirilir.

***

Bakıda yol qəzası olub, 3 nəfər xəsarət alıb.

TƏBİB-dən Teleqraf.com-a bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 11.09.2024-cü il tarixində saat 17:40-da Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisindən avtomobil qəzası ilə bağlı çağırış daxil olub.

Hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub və xəsarət alan 3 nəfər (qadın cinsli) müştərək travmalarla Sabunçu Tibacb Mərkəzinə hospitalizasiya olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər