11 Sentyabr 09:40
366
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, əvvəllər də dəfələrlə məhkum olunmuş Namiq Əsədov saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Ondan meşə massivində əkdiyi 21 ədəd çətənə kolu aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, N.Əsədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər