12 Sentyabr 12:01
375
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda dələduzluq faktlarının üstü açılıb.

Teleqraf.com xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə ayrı-ayrı vaxtlarda 9 nəfəri aldadan şəxsin ümumilikdə onların 3240 manat vəsaitini öz hesabına ödətdirməsi barədə müraciətlər daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 30 yaşlı X.Qasımov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər