10 Sentyabr 23:46
292
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da Hartsfield-Jackson Atlanta hava limanında iki təyyarə uçuş-enmə zolağında toqquşub.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Delta Air Lines”in şirkətinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, "Delta Air Lines" aviaşirkətinə məxsus təyyarə qanadı ilə "Endeavour Air" şirkətinə məxsus təyyarənin quyruğuna toxunub. Hər iki təyyarədə olan sərnişinlər və ekipaj üzvlərinin xəsarət alması barədə məlumat verilməyib.


Müəllif: Arzu

Oxşar xəbərlər