16 Sentyabr 00:57
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın Deyr əz-Zor əyalətinin Əl-Bukəmal şəhərində naməlum silahlı şəxslər SEPAH-ın qadın lideri Ruqəyyə Kazem əl-Sudanini öldürüblər.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb.

Onun meyiti bu əyalətdəki tərk edilmiş binalardan birində tapılıb.

“Ümmü Zeynəb” təxəllüsü ilə Əs-Sudaninin uzun müddət Dəməşqdə yaşadığı bildirilir.

Məlumata görə, o, çox sayda qətllər törədib, habelə qadın və uşaqları “İran Mədəniyyət Mərkəzi” adlanan yerə cəlb edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər