Göygöl rayonunda əqrəb sancan müəllim ölüb.
Teleqraf.com "Report"a istinadla xəbər verir ki, Göygöl rayonu Aşıqlı kənd sakini, 1975-ci il təvəllüdü Adil Məmmədovu sentyabr ayının əvvəllərində həyətyanı sahəsində işləyərkən əqrəb sancıb.
İki gün sonra halı pisləşən şəxs xəstəxanaya aparılıb, müəlicəsi bir ay davam etdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, A.Məmmədov həmin hadisəyə qədər Göygöl rayon Toğanalı kənd orta məktəbində gənclərin hərbi hazırlığı fənnini tədris edib.