20 Oktyabr 23:58
352
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Əliqulu Nərimanov küçəsində “Opel” və VAZ 2107 markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində “Opel”in sürücüsü Qəhrəmanov Natiq Ramiz oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com