4 Mart 2015 12:59
1 906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi (AKP MK)partiyanın adından mətbuatda yayılan məlumatlara etiraz olaraq bəyanat yayıb. Teleqraf.com-a daxil olan məlumatda qeyd olunur ki, AKP bəzi mətbu orqanlarda AKP-nin qrultayının keçirilməsi ilə əlaqədar dərc edilən məlumatdan çox təssüfləndiyini bildirir, belə yanlış məlumatın yayılmasını arzuolunmaz hal kimi dəyərləndirir.

"Partiya daxili pozuçuluq fəaliyyəti ilə məşğul olduğuna, yoldaşlar arasında ədavət yararmağa cəhd göstərdiyinə, partiya nizamnamə tələblərini ciddi şəkildə pozduğuna , komministə yaraşmayan hərəkətlərə yol verdiyinə görə AKP MK -nın 07.10 2014 -cü il plenumunun qərarı ilə Azərbaycan Kommunist Partiyası sıralarından xaric olunmuş bir şəxsin 02.03.2015. ci il tarixində güya "qurultay" keçirərək partiyanın rəhbər orqanlarında təşkilatı məsələyə baxılması dair məlumatlar uydurmadır. Dərc olunmuş məlumatdan və sərgilənən foto görüntülərdən açıq aydın olur ki, AKP sıralarından xaric olunmuş şəxs, bir necə insanı başına toplayaraq, xeyir-şər mərasimləri üçün nəzərdə tutulmuş zalların birində yığıncaq keçirib və buna " qurultay " statusu verməyə çalışıb. Dərc olunmuş məlumatda qeyd olunur ki, tədbirdə 26 rayon - şəhər təşkilatında nümayəndə iştirak edib və 31 nəfər AKP MK -nın, 7 nəfər isə MNTK üzvü seçiliblər. Foto görünrülərdən bir daha tam aydın olur ki, yığıcaqda AKP -yə aidiyyatı olamayan 18-19 nəfər iştirak edib. AKP ictimaiyyəti, respublikamızda bu cür qarışıqlıq salmaq istəyən insanlara qarşı ayıq-sayıq olmağa və belə yanlış, təxribat xaraxterli məlumatları yayımlayan KİV-ə isə internet vasitəsi ilə ötürülən məlumatları yerində araşdırmadan, sensasiya xatirinə dərc etməməyə , cəmiyyətdə çaşqınlıq yaratmamağı çağırır".

R.Qurbanov Teleqraf.com-a açıqlamasında bildirib ki, saxta təşkilatın yaydığı məlumatda adı hallanan Rüstəm Şahsuvarlı partiya sıralarından uzaqlaşdırılmış şəxsdir: "Çox maraqlıdır ki, təxribat xarakterli məlumat ilk olaraq erməni mətbuatında yayılıb".

Ayxan


Müəllif:

Oxşar xəbərlər