Hüquq Müdafiəçilərinin Monitorinq Qrupunda təmsil olunan hüquq müdafiəçiləri görüşə hazırlaşır. Əldə etdiyimiz məlumata görə, yaxın günlərdə Birləşmiş İşçi Qrupunun toplantısı keçiriləcək.
Toplantıda bir sıra problemlər müzakirə ediləcək. Hüquq müdafiəçiləri toplantıda hökumət nümayəndələrinə bir neçə problemlə bağlı müraciət edəcəklər.
Həmçinin sözügedən toplantıdan sonra əfvlə bağlı məsələyə də aydınlıq gələcək. Ancaq hüquq müdafiəçiləri bildiriblər ki, onlarda olan dəqiq informasiyaya görə, Novruz Bayramına bir neçə gün qalmış əfv olacaq. Sadəcə, onlar veriləcək əfvdə nə qədər problemli məhbusun olacağını bilmirlər. Artıq hüquq müdafiəçiləri Prezident Administrasiyasına və Əfv Komissiyasının üzvlərinə müraciət ediblər.
Onlar hesab edirlər ki, veriləcək əfv onların Avropa Şurasında mövqelərini gücləndirəcək, eləcə də, ölkə daxilində onlara rəqib olan şəxslərin susmasına səbəb olacaq.
Cavidan