19 May 2014 15:24
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müsavat qurultayını ona görə gecikdirmişdi ki, prezident seçkilərində bu və ya digər şəkildə siyasi mövcudluqlarını təmin etsinlər. Ancaq hər şeyə rəğmən reallıq da bu idi ki, İsa Qəmbər öz postundan getməli idi”. Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli Müsavat Partiyasına qurultayın keçirilməsi üçün yer ayrılmasına rəğmən buna hakimiyyətin mane olması iddialarına müanasibətini açıqlayarkən deyib.


E.Mirzəbəylinin fikrincə, İsa Qəmbər bu gün də öz postunu qoruyub-saxlamaqda israrlıdır: “Bu baxımdan, onlar fikirləşirdilər necə etsinlər ki, İsa Qəmbər öz postunu qoruyub-saxlasın. Qurultayın uzadılmasının səbəblərindən biri də məhz bu idi. 620 nəfərlik zalda kifayət qədər normal qurultay keçirmək olar. BAXCP də qurultayını keçirəndə orada 820 nəfər qurultay nümayəndəsi var idi və lazım olsa müsavatçılar da öz qurultaylarında ayaq üstdə dayanaraq, öz fikirlərini ifadə edə bilərlər. Bu baxımdan da bütün bunlar Müsavat Partiyasının arqumentsiziliyindən irəli gəldiyi haldır”.


“Əgər cəsarətləri çatırsa öz qurultaylarını keçirsinlər”-deyə qeyd edən BAXCP rəsmisi onu da bildirib ki, onlar qurultaylarını ona görə keçirmirlər ki, partiyaya seçiləcək yeni başqanın kimliyi ilə bağlı ümumi rəyə gələ bilməyiblər. Qurultay ərəfəsində Müsavatın yenidən parçalanması təhlükəsi mövcuddur. Çünki fikir ayrıqlıları çoxdur. Bu səbəbdən də müxtəlif bəhanələr gətirirlər və təbii ki, ən sonuncu bəhanə də yer bəhanəsi olmalıdır. Hansı ki, dövlət Müsavat Partiyasına öz qurultayını keçirməkdən ötrü kifayət qədər şərait yaradıb”.


Müəllif: