Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi Pedro Aqramunt aprelin 8-9-da Bakıya gələcək.
Teleqraf.com-un məlumatına görə, P.Aqramuntun səfəri qurumun İnsan haqları və hüquqi məsələlər üzrə Komitəsi adından hazırlayacağı “Azərbaycanın Avropa Şurasındakı sədrliyi: İnsan hüquqlarının qorunması sahəsində nə kimi tədbirlər görülməlidir?” adlı hesabatla əlaqədardır.
Səfər ərzində P.Aqramuntun ədliyyə naziri, baş prokuror, Ali Məhkəmənin sədri, Prezident Administrasiyasının rəhbərliyi və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.
Səxavət