3 Aprel 2015 13:51
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər Nazirliyi İranla “altılıq” ölkələri arasında əldə olunan razılaşma ilə bağlı bəyanat yayıb.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a daxil olan bəyanatda deyilir: “Azərbaycan Xarici İşlər Nazirliyi P5+1, Avropa İttifaqı və İran İslam Respublikası arasında olan danışıqlarda birgə hərtərəfli fəaliyyət planının əsas parametrlərinə dair irəliləyişi alqışlayır.

Bu siyasi çərçivənin region və onun hüdudlarından kənarda sülh, təhlükəsizlik və sabitliyin inkişafı üçün imkan yaradacağına inanırıq.

Azərbaycan Respublikası BMT nizamnaməsi və beynəlxalq hüququn norma və prinsipləri əsasında konstruktiv və xoşməramlı şəkildə beynəlxalq məsələlərin həllinə dair beynəlxalq ictimaiyyətin səylərini və siyasi iradəsini dəstəkləyir”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər