4 Aprel 2015 18:31
1 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

Eks-spiker, hazırda Amerikada məskunlaşan Rəsul Quliyev indi də dinə meyl edir.

Qeyd edək ki, Quliyev əvvəl ölkəmizdə daha çox siyasətlə məşğul olub, daha sonra partiyasını buraxaraq tarixi mövzuda romanlar yazıb, az sonra xarici və qlobal məsələlər ətrafında politoloq rəyi ilə çıxış edib.

İndi isə sabiq spiker dinlə maraqlanmağa başlayıb. Quliyev bu yaxınlarda saytların birinə verdiyi müsahibə zamanı İslam dinindən danışıb, xüsusilə qeyd edib ki, Məhəmməd peyğəmbərin davamçısı yetişməlidir.

Quliyev hətta radikal islamçıları tənqid edib, onların fəaliyyətinin zərərli olduğunu ifadə edib. Müsahibəsini sosial şəbəkədə tənqid edən xanımla mübahisəyə girən eks-spiker xanıma məsləhət görüb ki, şeytandan əl çəksin. Yaşanan mübahisə zamanı xanımın verdiyi cavablardan xoşlanmayan Quliyev ondan tələb edib ki, müzakirələrə qatılmasın.

Cavidan


Müəllif:

Oxşar xəbərlər