7 Aprel 2015 12:59
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazir Artur Rasizadə “Bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və başqa məsələlərin həlli məqsədilə komissiyaların yaradılması haqqında” qərar verib.

Qərara əsasən “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” qanunun tətbiqi barədə" ölkə prezidentinin sərəncamına əsasən, bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və başqa məsələlərin həlli üçün Ədliyyə Nazirliyinin (komissiyanın sədri), Maliyyə Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin yerli nümayəndələri, müvafiq yerli icra hakimiyyəti orqanının və bələdiyyənin (o cümlədən, birləşən və ləğv edilən bələdiyyələrin) hər birindən bir nümayəndə daxil edilməklə, müvafiq komissiyalar yaradılır.

Komissiyaların fərdi tərkibinin təsdiq edilməsi üçün Maliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və rayon icra hakimiyyəti orqanları, habelə birləşən bələdiyyələr 5 gün müddətində öz nümayəndələri barədə təkliflərini Ədliyyə Nazirliyinə təqdim etməlidirlər.

Məsələ ilə bağlı qəzetimizə açıqlamasında “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birlyinin sədri Vüqar Tofiqli bildirib ki, bu komissiyanın yaradılması birləşdirilən bələdiyyələrin qarşılaşdığı, əsasən mülkiyyət, maliyyə məsələlərindəki problemlərin həll olunmasına yardımçı olacaq. Onun sözlərinə görə, bugünədək ilkin olaraq 1040 bələdiyyə birləşdirilib: “Bu yaxınlarda isə 204 bələdiyyə də bu aqibəti yaşadı. Nəticə etibarı ilə ümumilikdə 1605 bələdiyyə qalıb. Deyək ki, Qubada 101 bələdiyyə var idi və indi onların sayı 35-dir. Birləşdirilən bələdiyyələrin hamısının mülkiyyəti var. Məhz bu mülkiyyət məsələsini və yaxud da mövcud problemləri aradan qaldırmaq üçün bu komissiya yaradıldı. Bu problemlər də hansısa anlaşılmazlıqdan irəli gəlir ki, məhz bu komissiya da onu aradan qaldırır, nizamlayır. Bələdiyyələrin birləşdirilməsi öz təşəbbüsləri ilə baş tutur”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər