11 Aprel 2015 18:21
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının üzvləri Xalq Partiyasının sədri, sabiq baş nazir, İsa Qəmbərin 35 illik dostu Pənah Hüseyni asi elan ediblər.

Bu haqda Müsavat Partiyasının fəalları sosial şəbəkələrdə fikirlərini ifadə ediblər.

Müsavat Məclisinin üzvü Alya Yaqublu Pənah Hüseynin son açıqlamalarını tənqid edib, bildirib ki, bu şəxs deputat olmaq üçün milli birlik ideyasını ortaya atıb. Ancaq Müsavat başqanı Arif Hacılının qardaşı Vaqif Hacıbəyli Məclis üzvünün dedikləri ilə razılaşmayıb və Pənah Hüseynin müdafiəsinə qalxıb.
Hətta müzakirə zamanı İsa Qəmbərin sədri olduğu Strateji Düşüncə Mərkəzi də lağ atəşinə tutulub.

Bu isə o deməkdir ki, artıq Pənah Hüseynlə Müsavat Partiyası arasında olan dostluq münasibətləri çürüyür. Səbəb isə Pənah Hüseynin Müsavatdan kənar siyasət izləməsidir.

Cavidan


Müəllif:

Oxşar xəbərlər