14 Aprel 2015 18:01
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan dövləti və onun rəhbərliyi bu münaqişəni həll etmək istəmir. Ermənilərin əsas niyyəti status-kvo vəziyyətini qoruyub saxlamaqdır”.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri YAP Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirli deyib.

E.Nəsirli bildirib ki, Minsk qrupunun həmsədr dövlətlərinin rəhbərləri də dəfələrlə bəyanat qəbul ediblər ki, status-kvo vəziyyəti qəbuledilməzdir. Onun sözlərinə görə, amma status-kvo vəziyyəti dəyişilmir və əvvəlki kimi qorunub saxlanılmaqdadır.

“Təbii ki, bu da onu göstərir ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti bu münaqişənin müharibəyə çevrilməsinin qarşısını almağa yönəlib. Yəni onların fəaliyyəti ondan ibarətdir ki, prezidentlər səviyyəsində görüşlər keçirməklə növbəti müəyyən zaman üçün atəşkəs rejiminin qorunub saxlanılmasına nail olsunlar. Amma məsələ ondadır ki, atəşkəs rejiminin bu şəkildə qorunub saxlanılması nəticə etibarilə həm də status-kvonun qorunub saxlanılmasına gətirib çıxarır. Təbii ki, bu da münaqişənin həlli üçün lazımi effekti vermir”, – deyə politoloq qeyd edib.

Səxavət


Müəllif: