15 Aprel 2015 15:38
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov ölkəmizdə səfərdə olan İsrailin tanınmış kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, qonaqları səmimi salamlayan Valeh Ələsgərov parlamentin strukturu, rəhbərlik etdiyi komitənin fəaliyyəti, qəbul edilən sənədlər barədə ətraflı məlumat verib. Vitse-spiker israilli jurnalistlərə Azərbaycanda həyata keçirilən siyasi, iqtisadi və mədəni islahatlar haqqında danışdı, ölkəmizin enerji təhlükəsizliyi məsələlərində Avropada önəmli rolunu vurğuladı. TANAP və TAP layihələrindən bəhs edən parlament sədrinin müavini bildirdi ki, bu layihələr Azərbaycanın Avropa ölkələrinin enerji mənbələrinə çıxışını daha da şaxələndirəcək, qonşu ölkələrin də inkişafına uğurlu töhfələr verəcəkdir.

İsraildən olan mətbuat nümayəndələri iki ölkə arasındakı münasibətlərin hazırkı səviyyəsi, əlaqələrimizin daha da gücləndirilməsinin zəruriliyi barədə fikirlərini bildirdilər, onları maraqlandıran suallara aydınlıq gətirildi.

Görüşdə Azərbaycanın ev sahibliyi etdiyi mötəbər tədbirlərdən, o cümlədən I Avropa Oyunları ilə bağlı həyata keçirilməkdə olan işlərdən, Azərbaycanın uğurlarından, aparılan islahatların gedişatından söhbət açılıb.

Nemət


Müəllif:

Oxşar xəbərlər