15 Aprel 2015 20:57
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün Ermənistan dövlətçiliyi normal sivil prinsiplər üzərində deyil, orta əsrlər təfəkkürü ilə qurulub. Qonşu dövlətlərin Azərbaycan və Türkiyəyə ərazi iddiaları, ölkəmizin ərazi bütövlüyünü tanımaması, totalitar, militarist bir siyasi hakimiyyətin qurulması son nəticədə Ermənistan dövlətinə böyük böhran yaşadır”.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri YAP-ın Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə bildirib ki, rəsmi İrəvan qonşu dövlətlərlə normal siyasi və iqtisadi münasibətlərlə inkişafını təmin etməkdənsə, ölkənin öz potensialından yuxarı silahlanması, beynəlxalq hüquq normalarını kobud sürətdə pozması prinsipi ilə öz həyatını qurur. Onun sözlərinə görə, bu isə nəticədə Ermənistandan əhalinin köçüb getməsinə, iqtisadiyyatın böhran keçirməsinə, gələcəkdə hər hansı bir perspektivin olmamasına gətirib çıxarır.

“Bu gün Ermənistan hakimiyyəti özünün resursları ilə deyil, xaricdəki erməni dairələrinin və müəyyən ermənipərəst dairələrin köməkliyi ilə özünün problemlərini həll etməyə çalışır. Məhz bu səbəbdəndir ki, rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyün tanımır və Dağlıq Qarabağ probleminin həllinə dair rasional təklifləri qəbul etmir. Ümumiyyətlə, Ermənistan özünü çox qeyri-ciddi bir dövlət kimi tanıdıb”, – deyə A.Mirzəzadə vurğulayıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər