“Uydurma erməni soyqırımının 100 illiyinin keçirilməsi Sarkisyan rejiminin öz siyasi arzularını reallaşdırması üçün atılan uğursuz addımdır. Çünki Ermənistan bir dövlət kimi siyasi arenada qəbul olunmur”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.
R.Musabəyov bildirib ki, Ermənistan uydurma erməni soyqırımını geopolitik resurs kimi istifadə etməyə çalışır. Onun sözlərinə görə, rəsmi İrəvanın hay-küy qaldırmasının əsas səbəbi, özlərinin azərbaycanlılara qarşı dünyanın gözü qabağında törətdikləri cinayəti, etnik-təmizləməni, insanların kütləvi şəkildə qırılmasını ört-basdır etməkdir.
“Bununla da onlar çalışırlar ki, özlərini yazıq kimi təqdim etsinlər. Bu cinayətlərə görə məsuliyyətdən yayınmaq isə əslində dünyadan yardım, dəstək istəməyə hesablanıb. Onların söhbəti tarix deyil, əksinə Azərbaycandan torpaq payı qoparıb onu rəsimləşdirməkdir. Amma bu cəhdləri heç bir nəticə verməyəcək”, – deyə R.Musabəyov qeyd edib.
Səxavət