23 Aprel 2015 18:41
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyanın xarici işlər naziri Mohamed Dayri Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək məqsədilə Azərbaycana gəlir. “Yeni dünya düzənində etimadın yaradılması” mövzusunda keçiriləcək forumda Mohamed Dayrinin geniş məruzə çıxışı nəzərdə tutulub.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, foruma qatılacaq Liviya nümayəndə heyətinin tərkibində ölkənin sabiq baş naziri Əbdürrəhim El-Keyb və Liviyanın Avropa Birliyindəki səfiri Farida Allaghi də var. Farida Allaghi eyni zamanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvü, Əbdürrəhim El-Keyb isə təşkilatın üzvüdür.

Qeyd edək ki, Bakı Forumunda iştirak etmək üçün Mohamed Dayri ilə yanaşı üç ölkənin hazırkı dövlət başçısı – Qırğızıstan prezidenti Almazbek Atambayev, Makedoniya prezidenti George İvanov, Bolqarıstan prezidenti Rosen Plevneliyev, eləcə də Andorranın baş naziri Antoni Marti, Maltanın baş naziri Jozef Muskat, Bosniya və Hersoqovinanın xarici işlər naziri Zlatko Laqumciya da bu ayın sonunda Azərbaycana gələcək.

Səxavət


Müəllif:

Oxşar xəbərlər