25 Aprel 2015 17:55
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli ona qarşı səslənən fikirlərə etiraz edib.

Qeyd edək ki, son zamanlar Borçalıda fəaliyyət göstərən bəzi ictimai qurumların rəhbərləri Məmmədliyə qarşı fikirlər səsləndirir, onun heç bir fəaliyyət göstərmədiyini elan edir. Həmçinin onun apardığı fəaliyyətinin nəticəsi olaraq Gürcüstana buraxılmadığı bildirilir.

Zəlimxan Məmmədli isə bu iddiaları rədd edib. Bildirib ki, onun Gürcüstana buraxılmamasında sapı özümüzdən olan baltaların fəaliyyəti açıq görünür: “Mən ”Borçalı" Cəmiyyətinə sədr seçiləndən, bir destruktiv xətt bu cür sağlam olmayan işlərlə məşğuldur. Bu xətt məqsədyönlü pozuculuq və “qara piar” kampaniyası aparır. İttihamlar heç bir əsası olmamaqla qərəzlidir. Ciddi hüquqi xətalara yol verilir. Mənim Gürcüstana buraxılmamağımda özümüzdən olan baltaların sapı görünməyə başlayıb".

Cavidan


Müəllif:

Oxşar xəbərlər