Türkiyənin 11-ci prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Abdullah Gül III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək üçün bu gün Azərbaycan paytaxtına gəlib.
Teleqraf.com-un məlumatına görə, Türkiyə xəbər saytlarının yaydığı məlumata görə, keçmiş prezident Bakıya Azərbaycan Hava Yolları – AZAL-a aid təyyarə ilə gəlib.
A.Gül sabah öz işinə başlayacaq III Qlobal Açıq Cəmiyyətlər Forumuna qatılacaq, forumda “Yeni dünya düzəninin başlıca problemləri” mövzusunda məruzə ilə çıxış edəcək.
Forumda Azərbaycan prezidenti İlham Əliyev, Bolqarıstan prezidenti Rosen Plevneliev, Makedoniya prezidenti George İvanov və BMT-nin sabiq baş katibi Butros Butros Qali də daxil olmaqla nüfuzlu ictimai-siyasi xadimlər, ekspert, elm adamları iştirak edəcək.
Səxavət