29 Aprel 2015 15:58
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə səfərdə olan Makedoniyanın prezidenti George İvanov Azərbaycan Xalça Muzeyində qonaq olub. Muzeyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Prezident George İvanov xalça muzeyinə ekskursiyası çərçivəsində Azərbaycan xalçasının burda sərgilənən qədim nümunələri və digər eksponatlarla tanış olub.

Xalça muzeyini ziyarətindən məmnun qalan Makedoniya prezidenti muzeydə olmasını təsdiqləyən və üzərində Qarabağ məktəbinə aid Çələbi xalçası əks olunan sertifikat təqdim olunub.

Qeyd edək ki, George İvanov III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdədir. Bu forumda nüfuzlu siyasi liderlər dünyanı narahat edən məsələlər - etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya və bir sıra qlobal problemləri geniş müzakirə edib, onların həll yollarının tapılması istiqamətində fikir mübadiləsi aparıblar.

BƏXTİYAR


Müəllif: