Norveçin Azərbaycandakı sabiq səfiri Steynar Gilin son açıqlaması Müsavat Partiyasında xoş qarşılanmayıb.
S.Gil müxalifəti dəyişməyə, uzun illərdən bu yana partiyalara sədrlik edən liderləri siyasətdən getməyə dəvət etmişdi.
Artıq bu çağırışlar müxalifətdə süngü ilə qarşılanıb. Müsavatın təşkilat şöbəsinin müdiri Razi Əmiraslanlı qeyd edib ki, heç kim gənclərin qarşısını almır. Onun sözlərinə görə, kimsə təşəbbüsü ələ alaraq partiyasını irəli aparmaq istəyirsə, buna normal yanaşmaq lazımdır:
"Azərbaycanda beş milyona yaxın gənc var. Əgər kimsə təşəbbüs göstərib irəli çıxmaq, partiya qurmaq, liderlik etmək istəyirsə, heç kəs onların qarşısını kəsməyib. Buyurub irəli çıxsınlar, təşəbbüs göstərsinlər".
Cavidan