7 May 2015 13:07
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib.


Teleqraf.com-un məlumatına görə, tədbirdə çıxış edən şura sədri, millət vəkili Azay Quliyev bildirib ki, dövlət quruculugunda ulu öndərin müstəsna rolu olub. Onun sözlərinə görə, o, dövrə nəzər salsaq, görərik ki, 90-cı illərin əvvələrində Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğundan danışmaq belə olmazdı:" Belə bir cətin məqamda ulu öndər hakimiyyətə gəldi və geniş səpkili dövlət quruculuğuna başlandı. Bir müddətdən sonra Heydər Əliyevin dəstəyi nəticəsində gənclər dövlət quruculuğuna cəlb edildi. Bu sırada gənclər həm də vətəndaş cəmiyyəti istiqamətində fəaliyyət göstərməyə başladı. Vətəndaş cəmiyyəti sahəsi elə bir sahədir ki, ölkədə sabitlik, müvafiq qanunvericilik olmasa, onun inkişafından söhbət gedə bilməz. İlk olaraq, konstitusiyamızda vətəndaş cəmiyyəti ilə bağlı müddəa yer aldı. Daha sonra islahatlara başlanıldı, 1998-c ildə vətəndaş cəmiyyəti ilə bağlı hüquqi bazanın yaradılmasına yönəlik qanun qəbul edildi. Bu qərarların keçmiş sovet respublikaları içərisində ən əvvəl Azərbaycanda verilməsi böyük addım idu. Eləcə də sonradan Milli QHT Forumu yaradıldı. Daha sonra vətəndaş cəmiyyəti istiqamətində xeyli addımlar atıldı".

A.Quliyev deyib ki, vaxtilə rayonlarda QHT rəhbərlərinə müxalifətçi kimi baxırdılar:"Lakin məhz Heydər Əliyevin dəstəyi nəticəsində bu maneələr aradan qalxdı. Bunun nəticəsi olaraq, vətəndaş cəmiyyəti ilə bağlı qanunvericilik bazası tamamilə yaradılıb. Bu gün biz ulu öndəri rəhmətlə anırıq və onun uğurlu siyasəti Prezident İlham Əliyev tərəfindən davam etdirilir".

Daha sonra ayrı-ayrı qeyri-hökumət təşkilatlarının rəhbərləri ümummilli lider Heydər Əliyev haqqında öz fikirlərini bildiriblər.

Bəxtiyar


Müəllif:

Oxşar xəbərlər