7 May 2015 13:41
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırda Azərbaycan Xəzər dənizinin digər sahilində yerləşən Qazaxıstan və Türkmənistanla birlikdə üçüncü minillikdə Avropanın artan enerji tələbatının ödənilməsi və dünyada enerji təhlükəsizliyinin təminatı sahəsində ən əlverişli və ümidverici tərəfdaş hesab olunur”.

Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov Heydər Əliyevin 92-ci ildönümünə həsr edilmiş “Azərbaycan müasir dünyada” konfransındakı çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, dünyada alternativ enerji mənbəyi hesab olunan Xəzər regionunda neft-qaz istehsalı ilə bağlı əsas risklərdən biri hesab olunan məhsulun dünya bazarına təhlükəsiz və sərbəst marşurutlarla çıxarılması ilə bağlıdır.

Ə.Həsənov deyib ki, bu mənada Azərbaycanın özünün və tərəfdaşlarının hasil etdiyi neft-qaz məhsullarının xarici bazarlara çıxarılması, ixrac marşurutlarının şaxələndirilməsi sahəsində Xəzər ölkələri içərisində həm Qazaxıstandan, həm də Türkmənistandan daha əlverişli vəziyyətdədir: “Onlarla müqayisədə ölkənin enerji ixracı riskləri çox aşağı səviyyədədir. Hazırda Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorosiysk kimi illik gücü təxminən 70 milyon ton təşkil edən 3 neft kəməri Bakı-Tbilisi Ərzurum, Bakı-Astara-İran və Bakı Rusiya kimi illik gücü təxmunən 30-40 milyar kubmetr olan maye qaz kəmərinin mövcudluğu Azərbaycanın və tərəfdaşlarının enerji ixracı sahəsindəki geoiqtisadi risklərini sıfıra endirib. Avrasiyanın ən vacib tranzit ölkələrindən biri olaraq, Azərbaycan Şərq-Qərb ticarət, enerji- yanacaq və nəqliyyat kommunukasiya əlaqələrinin mərkəzindən dayanır. Bu mövqe getdikcə güclənir”.

Vasif Həsənli


Müəllif:

Oxşar xəbərlər