"Bu gün bütün Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünü qeyd edir, onun xatirəsini anır. Müasir Azərbaycan dövləti Ümummilli Liderin yaratdığı ən böyük əsərdir.
Teleqraf.com xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Əli Həsənov bildirib ki, Azərbaycan Respublikası, Azərbaycan xalqı durduqca Ulu Öndərin ruhu da bu xalqın, bu dövlətin başı üstündə yaşayacaq. Ona görə bugünkü mərasimlər də dünəndən başlayan Qələbə Günü tədbirlərinə qarışaraq, Ümummilli Liderin xatirəsinin yad edilməsi ilə bağlı ümumxalq tədbirlərinə çevrilib.