13 May 2015 13:13
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

15 may 2015-ci ilə planlaşdırılan iqtidar-müxalifət görüşünə Müsavat partiyası da dəvət alıb. Müsavat Partiyasının başqanı Arif Hacılı Prezident Administrasiyası tərəfindən görüşdə iştirak üçün dəvət edilib.

Partiyadan musavat.com-a verilən məlumata görə, dəvətlə bağlı rəhbərlikdə müzakirələr aparıldıqdan sonra rəsmi cavab veriləcək.

Musavat.com-a danışan başqan Arif Hacılı müxbirimizə bunları deyib: “Mayın 12-də mənə Prezident Adminstrasiyasından zəng gəldi və rəhbər şəxslər bildirdilər ki, iqtidar-müxalifət görüşü baş tutacaq. Məni də həmin görüşdə iştirak üçün dəvət etdilər. Mən dəvətə görə təşəkkürümü bildirərək məsələnin partiya strukturlarında müzakirə edildikdən sonra qərar veriləcəyini bildirdim. Bu gün (13 may-red), ya sabah Müsavat Partiyasının məsələ ilə bağlı mövqeyi açıqlanacaq”.


Müəllif:

Oxşar xəbərlər