Bu il mayın 26-da Rusiya Federasiyasının Həştərxan vilayəti hökumətinin sədri, vitse-qubernatoru Konstantin Markelov Azərbaycana səfər edəcək.
Trend-in Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən verdiyi məlumata görə, səfər çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan-Rusiya İşgüzar Görüşü keçiriləcək.
Görüş zamanı Rusiya Federasiyasının Həştərxan vilayətində yerləşən sənaye-istehsal tipli xüsusi iqtisadi zonasına dair geniş məlumat veriləcək.