Milli Məclisin komitəsi qanuna dəyişiklik edir
Torpaqların qeyri-qanuni istifadə edilməsi və zəbt olunması, həmin torpaqlarda qanunsuz evlərin, villaların tikilməsi məsələsi millət vəkillərinin də müzakirə mövzusuna çevrilib. Belə ki, bununla bağlı Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin mayın 25-də iclasında toprpaqların qanunsz istifadə edilməsinə və zəbt olunmasına görə Cinayət və İnzibati Xətalar məcəllələrinə nəzərdə tutulan dəyişikliklərlə əlaqədar qanun layihələrinin müzakirəsi zamanı geniş fikir mübadiləsi aparılıb.
MM-in Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov ilk öncə bu məsələyə toxunaraq bildirib ki, sovetlər dövründə torpaqların zəbt olounmasına görə, ən azı 3 ilədək azadlıqdan məhrum etmə nəzərdə tutulurdu.Onun sözlərinə görə, ancaq sonralar bu məsələlər bir qədər yumşadıldı və bununla da qanunsuzluqlar, hərc-mərcliklər başlandı, cəzasızlı mühiti yarandı, kim ürəyi nə istədi, onu da etdi: “Ona görə də indi qanunvericilikdə belə bir sərtləşdirilmənin nəzərdə tutulması çox vacibdir. Mən qanunsuzluqlara yol vermiş vəzifəli şəxslərlə bağlı sərtləşdirmənin tərəfdarıyam. Məsələn, Cinayət Məcəlləsinin 314-2-ci maddəsinə təkilif olunan dəyişiklikdə qeyd olunur ki, vəzifəli şəxs tərəfindən dövlətin müstəsna mülkiyyətində olan və özgəninkiləşdirilməsi qanunla qadağan edilən torpaq sahələrinin bələdiyyə mülkiyyətinə və ya xüsusi mülkiyyətə verilməsi haqda qərar qəbul etmə 3 ildək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Ancaq mən hesab edirəm ki, qanunsuzluğa yol vermiş vəzifəli şəxslər daha çox müddətinə azadlıqdan məhrum etmə ilə cəzalandırılmalıdırlar. Axı, hamı bilir ki, vəzifəli şəxslərin icazəsi olmadan bu işlər görülə bilməz. Ona görə də onlarla bağlı qanunvericilikdə sərtləşdirilmənin tutulması çox vacib addımdır.
Elə bir neçə gün öncə Binəqədi rayonunda baş vermiş dəhşətli yanğınla, faciə ilə bağlı çıxışında da dövlət başçısı bu məsələlərə, torpaqların zəbt olunmasına toxundu, çox yaxşı qeyd etdi ki, bu cür qanunsuzluğa yol vermiş adamlar, vəzifəli şəxslər cəzalandırılmalıdır. O, çıxışında hətta, “Dostluq” Parkı deyilən ərazidə qanunsuz şəkildə vilların tikilməsinə toxunaraq dedi ki, oradakı ərazini zəbt edən və qanunsuz villa tikənlərin kimliyi də bilinmir və bunlar aradan qaldlırımladır”.
Deputat Eldar Quliyev “Torpaq islahatı haqqında” qabunu qəbulundan sonra ölkədə torpaqla bağlı 3 mülkiyyət formasının yarandığını, eyni zamanda, ötən illər ərzində torpaqların qeyr-qanun istifadəsi ilə bağlı xeyli problemlərin də ortaya çıxdığını dilə gətirib: “Xüsusilə, Bakıda və Abşeronda torpaqların zəbt olunması hələ də davam etməkdədir. Biz hüquqi dövlətik, hüquqi dövlətdə də hər şey qanunlarla tənzimlənir. O, baxımdam qanunvericiliyə təklif olunan dəyişikliklər çox vacibdir. Hesab edirəm ki, ümumiyyətlə, torpaqların monitorinqi keçirilməlidir”.
Adıçəkilən komitənin üzvü, bəstəkar Novruz Aslanov daha çox “hasarlama siyasət”indən narazılıq edib: “Əvvəla, hesab edirəm ki, təklif olunan dəyişikliklər zərurətdən irəli gəlıib. Çünki bu yöndə bir çox problemlər var. Əvvəllər də belə problemlər vardı, ancaq o vaxt onlar o qədər də diqqəti cəlb etnmirdi, ancaq son illər bu problemlər çox ciddiləşib. Hektarlarla torpaq satılır, hasarlanır, ancaq bunlar nə məqsədlə edilir, təyinatı üzrəmi istifadə olunur, bilinmir. Ümumiyyətlə, bizdə hasarlama “xəstəli”yi var və ondan qurtulmaq lazımdır. Hara gedieriksə görürürük ki, hər yer hasarlanıb. Kim torpaq alırsa və qanunsuz torpaq sahəsi zəbt edirsə, dərhal iki metr hüdrülüyündə hasar çəkir. Bu nəyə lazımdır? Hesab edirəm ki, qanunvericiliyə bu yöndə dəyişikliklərin edilməsi çox təqdirə layiq haldır”.
Deputat Tahir Süleymanov da təklif olunan dəyişikliklərin müsbət əhəmiyyət kəsb etdiyini, hətta, bu məsələdə gecikməyə yol verildiyini bildirib: “Gərək bu cür sətləşdirmə çoxdan ediləydi. Ancaq indi də çox gec deyil və mən inanıram ki, bu dəyişikliklər, bu sərtləşdirmələr çox yaxın zamanlarda öz müsbət nəticəsini verəcək”.
Deputat Arif Əşrəfov öz növbəsində torpaqların təyinatının dəyişdirilməsinin yalnız Nazirlər Kabinetinin səlahiyyətinə aid olduğunu vurğulayıb.
Nemət