AXCP-nin Nərimanov təşkilatının təşkilatı məsələlər üzrə şöbə müdiri Ağaşirin Tanrıverdioğlu partiya rəhbərliyini sərt ittiham edib.
O, “Yeni Müsavat”a müsahibəsində bildirib ki, Əli Kərimli Milli Şuraya sədr keçmək istəyir: "Çünki Milli Şura Avropa təşkilatlarının biri tərəfindən yeganə müxalif qurum kimi tanınıb.
Əli Kərimli istəmir ki, Cəmil Həsənli o kürsüdə otursun. Partiyadakı qruplar isə bunun əleyhinə çıxdı. Hazırda AXCP-də Fuad Qəhrəmanlı ilə Həsən Kərimovun başlarında durduqları iki qrup var. Fuad bəy partiyada heç kəs tərəfindən qəbul olunmur. Amma Əli bəy tərəfindən qəbul olunan yeganə adam odur”.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə Teleqraf.com-a açıqlamasında ittihamları cavablandırmaq istəmədiyini deyib: "Müsahbidə deyilənlər qeyri-ciddi fikirlərdir və onları şərh etməyi düzgün saymıram".