Eks-spiker Rəsul Quliyevlə sabiq prezident Ayaz Mütəllibov arasında qovğa yaşanır. Buna səbəb isə tarixi hadisələrdir.
Quliyev 1992-ci ilin 14-15 may hadisələrinə toxunaraq Mütəllibov haqqında tənqidi fikirlər səsləndirib. Mütəllibov isə öz növbəsində deyib ki, Rəsul Quliyevə cavab vermək istəmir: “Ona cavab verməyi özümə borc və rəva bilmirəm, nə danışır, danışsın”.
Bundan sonra Rəsul Quliyev bir daha bu məsələyə qayıdaraq bildirib ki, kimsə o xronikada özünü yaxşı görmürsə, öz keçmişindən utansın: “Ayaz Mütəllibovun Azərbaycanın başında durduğu 3 il müddətində - Nazirlər Sovetinin sədri, MK-nin 1-ci katibi və Prezident kimi - xalqa vurduğu ziyan ağlasığmaz səviyyədədir. Onun 1990-cı il yanvar hadisələrindən başlanan neqativliklərlə dolu ”parlaq" həyatını yazmağın özü belə, insanda ikrah hissi doğurur".
Cavidan