4 İyun 2015 22:37
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nüfuzlu beynəlxalq tədbirlər, mühüm hadisələr ərəfəsində müəyyən xarici qüvvələr həmişə Azərbaycanı hədəfə alırlar”. Bu fikirləri Milli Məclisin deputatı Zahid Oruc deyib.

Z.Oruc bildirib ki, Azərbaycana qarşı təzyiqləri həmişə hiss etmişik. Onun sözlərinə görə, nüfuzlu beynəlxalq tədbirlər ərəfəsində isə təzyiq cəhdləri daha da artır.

“Birinci Avropa Oyunları ərəfəsndə də eyni mənzərəni müşahidə edirik. Təbii ki, bütün bunları dünyanın böyük gücləri, erməni lobbisi təşkil edir. İstəyirlər ki, hamı onların diqtəsi ilə hərəkət etsin. Azərbaycana da təzyiqlərin, qarayaxma kampaniyalarının arxasında bu məqsəd dayanır. Məqsəd bizim müstəqil siyasət aparmağımıza mane olmaqdır. Amma bütün bunlar heç bir nəticə verməyəcək. Azərbaycan ilk Avropa Oyunlarına uğurla ev sahibliyi edəcək və xarici qonaqlar xoş təəssüratlarla öz ölkələrinə dönəcəklər”, – deyə Z.Oruc qeyd edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər