4 İyun 2015 19:15
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Avstraliya Parlamentinin Nümayəndələr Palatasının nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev qonaqları Milli Məclisdə görməkdən məmnun olduğunu diqqətə çatdırdı.

Qeyd etdi ki, parlamentlərimiz arasında artıq dostluq qrupları yaradılıb və uğurla fəaliyyət göstərirlər.

Azərbaycan-Avstraliya parlamentlərarası işçi qrupunun üzvü Çingiz Əsədullayev Azərbaycan-Avstraliya parlamentləri arasındakı əlaqələrin önəmindən danışdı. Vurğuladı ki, Azərbaycan Milli Məclisində hazırda 70-dən artıq ölkə parlamenti ilə dostluq qrupları fəaliyyət göstərir. İnanırıq ki, bu dostluq qrupu da iki ölkə arasındakı əlaqələrin dinamik inkişafına təkan verəcək.

Görüşdə qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verildi.

Avstraliya parlamentinin üzvü Lük Simpkins isə öz növbəsində Azərbaycana səfərlərindən məmnun olduqlarını bildirdi. O, Azərbaycan-Avstraliya əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdırdı.

Nemət


Müəllif:

Oxşar xəbərlər