22 İyun 2015 17:15
1 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün KXCP İdarə Heyətinin toplantısı keçirilib.

Teleqraf.com xəbər verir ki, toplantıda qərarların icra vəziyyəti dəyərləndirilib, ictimai siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilərək uyğun qərarlar qəbul edilib.Yığıncaqda partiya orqanlarının həftə ərzində gördüyü işlər haqqında məlumat verilib.

KXCP Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin partiyanın Şəki, Oğuz və Kürdəmir şöbələrində keçirilən konfranslarla bağlı məlumatları dinlənilib. Konfransların KXCP Nizamnaməsinə uyğun keçirildiyi, seçkili orqanların tam formalaşdığı və KXCP III Qurultayına nümayəndələrin seçilmələri haqqında məlumatlar nəzərə alınıb. KXCP rayon şöbələrinin konfranslarının nəticələrinin tanınması haqqında qərar qəbul edilib.

28 iyun 2015-ci il tarixində, saat 11.00-da KXCP Ali Məclisinin növbəti sessiyasının çağrılması haqqında qərar qəbul edilib. Anadan olmasının ildönümü münasibəti ilə - 24 iyunda Fəxri Xiyabanda KXCP üzvləri tərəfindən Elçibəyin məzarının ziyarət edilməsi qərarlaşdırılıb.

Bundan başqa, KXCP Avropa İnsan Haqları Məhkəməsinin laçınlı məcburi köçkünlər Çıraqov və digərlərinin Ermənistana qarşı iddialarının təmin edilməsi ilə bağlı qərarını təqdir edib. KXCP hesab edir ki, Azərbaycan hökumətinin və əlaqədar təşkilatların doğma yurdlarından didərgin düşmüş yüz minlərlə qaçqın və məcburi köçkünlərimizin haqlarının hüquq müstəvisində müdafiəsi istiqamətində sistemli fəaliyyət göstərməsi məqsədəuyğun olardı.

Cavidan


Müəllif:

Oxşar xəbərlər