"KTMT-nin Baş katibi Nikolay Bordyuja həyasızlığını göstərməkdən qürur duyur. Moskvada keçirdiyi telekörpüdə KTMT-nin baş katibi Azərbaycanla əlaqəli bir sıra məsələlərə yenidən münasibət bildirdi. Azərbaycan KTMT-yə üzv olmaqla bağlı müraciət edəcəyi təqdirdə, Azərbaycanın KTMT üzvlyüünə qəbulu Ermənistanla razılaşdırılacaq.
Azərbaycan rəhbəri N.Bordyujadan qat-qat vətənpərvər, səviyyəlli olan qurumlara üzv olmaq niyyətində deyil, hətta belə təkliflərin üzə çıxmasına imkan vermir". Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq bildirib ki, Azərbaycan KTMT-yə üzv deyil və bu quruma üzvlük məsələsini də yalnız N.Bordyuja aktuallaşdırır: "N.Borduja özü deyir və sonra da təkzib edir. Bununla ermənilərin sifarişini yerinə yetirir: Rusiyanın millətçi-dövlətçi qüvvələrı arasında Azərbaycanın nüfuzuna zərbə vurur. KTMT-nin başına öz ölkəsini sevən vətənpərvər, öz dövlətinin hesabına yaşayısını təmin edən adam gəlməyənədək belə məsələlər müzakirə obyekti ola bilməz. Yalnız N.Bordyuja kimi rüşvətxor və ermənilərin nökəri KTMT-dən uzaqlaşdıqdan sonra yeni rəhbərlik hər hansı formada Azərbaycanın adını hallandıra bilər. MDB-nin KTMT üzvü olmayan daha 5 dövləti var. Nədənsə, N.Bordyuja ancaq Azərbaycanın adını hallandırır. Hətta bir vaxtlar İran da KTMT-yə üzv olmaq niyyətində idi".
M.Əhmədoğlu hesab edir ki, N.Bordyuja KTMT üzvü olmayan, olmaq istəməyən Azərbaycanla əlaqəli məsələlərə münasibət bildirməyə məhkumdur: "O Ermənistanın müdafiə naziri S.Ohanyanın cibindən maliyyələşir və məhz S.Ohanyana lazım olan fikirləri bildirməlidir. Ona görə N.Bordyuja Ermənistanın müdafiə naziri S.Ohanyanı əfsanəvi şəxsiyyət, öz millətinə və dövlətinə sadiq şəxs adlandırdı. N.Bordyujanın S.Ohanyan barədə verdiyi qiyməti təkzib etmək fikrimiz yoxdur. Real olan budur ki, S.Ohanyan hal-hazırda özünü daha çox Avroatlantik məkanın oyunçusu hesab edir. NATO-nun Avropadakı qoşunlarının komandanı F.Bridlavın Rusiyaya münasibəti bəllidir. ABŞ-ın Rusiyadakı səfiri C.Teft Rusiyanın “İslam dövlətinə” oxşamadığını deyən kimi F.Bridlav dərhal RF-i “İslam dövləti” ilə müqayisə etdi. F.Bridlavla S.Ohanyanın münasibətləri açıqdadır, gizli münasibətləin olması da şəksizdir. N.Bordyujanın milliyyətcə rus olub-olmamasından asılı olmayaraq rus dövlətçiliyinə zərbə vurması da birinci dəfə deyil. Ən azı F.Bridlav özünü küt yerinə qoyaraq, Ermənistanın hərəkətində iki məsələni görmək istəmir. Birincisi, Ermənistan KTMT üzvü olmasına baxmayaraq KTMT-nin NATO ilə əməkdaşlığını dayandırmaq barədə qərarlarını inkar etdi. İkincisi, Ermənistan rəhbərliyinin o cümlədən S.Ohanyanın NATO-nun ABŞ tərəfindən komandirləri A.Verşbou və F.Bridlavla intensiv əlaqələdir. N.Bordyuja qanmaz roluna Ermənistandan pul aldığına görə girib.
Azərbaycan təhlükəsizliyini təmin edə bilən dövlətdir. KTMT-yə üzv dövlət olan Ermənistanın işğalçılığına dəstəyi dayandıran kimi Azərbaycan daha asan şəkildə, qısa müddət ərzində torpaqlarını işğaldan azad edəcək".