Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
Divan son zamanlar Avropa strukturlarının və ölkələrinin ardıcıl olaraq Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə müdafiə edən bir neçə qətnamə və qərarlar qəbul etməsini əhəmiyyətli hadisə kimi dəyərləndirib.
Bakı-Supsa kəmərinin bir hissəsinin Gürcüstan ərazisində Rusiyanın nəzarətinə keçməsi ilə bağlı məlumatlar müzakirə edilib, mövzunun ciddi şəkildə araşdırılıb partiya rəhbərliyinə detallı arayış təqdim edilməsi başqan müavini Səxavət Soltanlıya tapşırılıb.