16 İyul 2015 15:12
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMİP Lideri Etibar Məmmədovun müqəddəs Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqına təbrik ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, təbrikdə deyilir: “Əziz soydaşlarım, müqəddəs Ramazan bayramı münasibəti ilə Sizi təbrik edir, Allahın lütf və bərəkətinin Sizlərdən əksik olmamasını arzulayıram. On bir ayın sultanı olan Ramazan ayı insan iradəsinin öz nəfsinə qalib gəlməsinin təntənəsi, saflığa, təmizliyə, inam və inanclara, saf niyyətlərə daha sıx qovuşduğu aydır. Bu ayda əsrlər uzunu bəşəriyyəti sülhə, qardaşlığa, insanlığa, barışığa, inkişafa, tərəqqiyə səsləyən müqəddəs Qurani-Kərimin nazil olduğu aydır. Bu ayda hər bir müsəlman bacı-qardaşımız sübhünü dualarla başlayıb, gününü dualarla, təmiz niyyətlərlə başa vurub. Ulu Tanrıya edilən həmin dualar və niyyətlər bu müqəddəs ayda dərgaha yetişər və qəbul olunar. İslam coğrafiyasında baş verən təlatümlərə, müharibə və münaqişələrə, qarşıdurmalara son qoyulması, o cümlədən, torpaqlarımızın işğaldan azad edilməsi, xalqımızın sülh, əmin-amanlıq və firəvanlıq içərisində yaşaması hər birimizin ən böyük arzusudur.

İnanıram ki, bu istəklərimiz də gerçəkləşəcək. Sizi bir daha bayram münasibəti ilə təbrik edir, tutduğunuz Orucun və etdiyiniz dualrınızın Allah tərəfindən qəbul olunmasını, fəzilətləndirilməsini və mükafatlandırılmasını diləyirəm”.


Müəllif:

Oxşar xəbərlər