23 İyul 2015 10:31
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qurumun təsis toplantısı avqustda baş tutacaq

Müsavat Partiyasının başqanlığına sabiq namizəd Tural Abbaslı gənclərdən ibarət Ağ Blok yaradıb.

Teleqraf.com xəbər verir ki, blokun yaradılmasında məqsəd bu il keçiriləcək parlament seçkilərində iştirak etməkdir.

T.Abbaslı bildirib ki, blokun əsas hədəflərindən biri də seçki mühitinin yaradacağı siyasi vəziyyətdən və imkanlardan istifadə edərək siyasi arenaya yeni simaların təqdim edilməsidir: “Biz cəmiyyətə yeni alternativlərin təqdimatının labüd olduğunu düşünürük. Ağ Blok ilkin olaraq, bu il keçiriləcək parlament seçkilərində namizəd olacaq simalardan təşkil olunacaq.

Burada, artıq siyasətdə sözlərini demiş və bəlli mübarizə tarixinə sahib olan fədakar gənc siyasətçilər var. Bu blokda müxtəlif partiya üzvləri və bitərəflər də təmsil olunacaq. Əminəm ki, bu birlik Azərbaycanda yeni siyasi dövrün başlanğıcını qoyacaq bir struktur olacaq. Tərkibin genişlənməsi üçün hələ də işlər davam edir”.

T.Abbaslı qeyd edib ki, blokun təsis konfransının keçirilməsi avqust ayına planlaşdırılır.

Cavidan


Müəllif:

Oxşar xəbərlər