29 İyul 2015 01:36
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Həmsədr dövlətlər onun fərqindədir ki, münaqişənin həlli ilə bağlı ciddi addım atılmasa, proseslər tamamilə fərqli müstəvidə inkişaf edə bilər. Heç kim təminat verə bilməz ki, münaqişə müharibəyə çevrilməsin”.

Bu fikirləri Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirli deyib.

E.Nəsirov bildirib ki, məhz bu səbəbdən çıxış edərək ATƏT-in Minsk qrupu həmsədrlərinin Vaşinqtonda çox mühüm danışıqları oldu. Bunun ardınca amerikalı həmsədr Ceyms Uorlik Moskvada oldu və Rusiyanın “Vedmosti” mətbuat orqanına da çox maraqlı müsahibə verdi.

“Amerikalı həmsədrin İrəvanda olarkən səsləndirdiyi dörd prinsip indi daha çox diqqəti cəlb edir. Əvvəllər də bu prinsiplər səslənib. İlk növbədə, Dağlıq Qarabağ ətrafındakı rayonların işğaldan azad olunmasıdır. İkincisi, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasıdır. Üçüncüsü, beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsidir. Dördüncüsü isə Qarabağın statusu ilə bağlı məsələni həllinin tapmasıdır.

Heç şübhəsiz ki, birinci bənd yəni, Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun geri qaytarılması çox mühüm məsələdir. Hesab edirəm ki, Ermənistana olan təzyiqlər və Azərbaycan ordusunun keçirdiyi son hərbi təlimlər artıq işğalçı ölkəyə öz təsiri göstərməkdədir”, – deyə politoloq qeyd edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər