Beynəlxalq Diaspor Mərkəzinin (BDM) dəvəti ilə bu ilin iyul ayında İsrailin baş nazirinin beynəlxalq məsələlər üzrə köməkçisi, İsrail Beynəlxalq Təhlükəsizlik Cəmiyyətinin və İsrail Beynəlxalq Diplomatiya Mərkəzinin sədri Mendi Safadi ölkəmizdə səfərdə olub.
Səfər çərçivəsində israilli qonaq BDM və digər təşkilatlar tərəfindən təşkil edilmiş bir sıra tədbirlərdə və görüşlərdə iştirak edib. O, ölkəmizin iqtisadi-siyasi inkişafı ilə bağlı yaxından tanış olub. M.Safadı BDM-in ofisində mərkəzin rəhbərliyi ilə görüş keçirilib və BDM tərəfindən israilli qonağa ölkəmiz haqqında, xüsusilə Ermənistanın işğalı və xalqımıza qarşı həyata keçirilmiş soyqırım və deportasiya haqqında geniş məlumat verilib. İsrail Beynəlxalq Təhlükəsizlik Cəmiyyəti və BDM arasında əməkdaşlığa dair M.Safadi və İsmayıl Ağayev tərəfindən memorandum imzalanıb.
Qeyd edək ki, İsrail baş nazirinin köməkçisi ölkəsinə döndükdən sonra jerusalemonline.com saytına Azərbaycanla bağlı xoş və yüksək təəssüratlarla dolu açıqlama verib. O açıqlamasında Azərbaycanın regional ticari və enerji ehtiyatları baxımından əhəmiyyətli respublika olduğunu bildirib və Avropa üçün ciddi tərəfdaş kimi dəyərləndirib. M.Safadi Dağlıq Qarabağ probleminə də toxunaraq Azərbaycan dövlətinin və onun prezidentinin sülh çağırışlarına baxmayaraq Ermənistanın hələ də işğalçılıq siyasəti yürütdüyünü bildirib. M.Safadi müsahibəsində müsəlman türk ölkəsi olan Azərbycanın bütün dinlər üçün yaşanılan ən rahat ölkə olduğunu və 1500 ildən bəri bu ölkədə yəhudilərin xoş və firəvan yaşadığını qeyd edib. O, Azərbaycana səfərini yüksək qiymətləndirərək, Milli Mətbuatımızın 140 illik yubiley tədbirlərində iştirakında dəvətə görə BDM sədri İsmyıl Ağayevə və BDM-in Yaxın Şərq üzrə nümayəndəsi Alexander-Şapiro-Sulimana təşəkkürlərini bildirib.
Səxavət