25 Avqust 2015 10:11
1 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dəyanət Babayev: “Gənclərlə savaşanlar məğlubiyyətə məhkumdur”

AXCP-nin Nərimanov rayon təşkilatından çıxarılan Dəyanət Babayev maraqlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, cəbhəçi gənc fəal sosial şəbəkədə bildirib ki, bəzi həqiqətləri yazmaq lazımdır: “Mən siyasi proseslərə qoşulandan anamı ilk dəfə 10 sutka inzibati həbs ediləndə kövrələn görmüşəm. O zaman mənim yerimi 3 gün heç kəs bilmədi. Həmin dövrdə biz rayonda qalırdıq, soyuq havada anam Bakıya gəlib və bir gecə mənə görə dənizkənarı parkda oturacaqda gecələyib. İkinci dəfə anamı bu ilin iyun ayında kövrək görmüşəm. Bu ilin iyun ayında AXCP sədrinin sərəncamsız müşaviri Məmməd İbrahim başına 10-12 nəfər yığaraq məni, Ehtiram Mehdiyevi və Cavid Musazadəni partiyadan azad edəndə. Bu zaman anam xəstə idi, ürəyindən şikayət edirdi, yerdə yatırdı. Ona heç nə bildirmədim. Nərimanov rayon təşkilatının sədri Hacı Abbaslı mənə zəng edib dedi ki, iclasa gəl. Mən də dedim ki, anam xəstə olduğu üçün gələ bilmirəm, anamı xəstəxanaya aparmışam. Onlar da saxta iclas keçirib guya bizi partiyadan azad etdilər. O zaman qonşumuz hər gün qəzet alıb oxuyurdu. Həmin qəzetlərin birində bizim AXCP-dən xaric edilmə xəbərimizi oxuyaraq bunu anama göstərmişdi. Anam da çox pis oldu, mənə iradın bildirdi, dedi ki, nəyə görə, sənə qarşı belə davrandılar. Daha sonra Əli Kərimlinin nömrəsini istədi, dedi ki, zəng edib ona sözümü deyim, ürəyim boşalsın. Mən də gülərək dedim ki, sən müalicəni al, dərmanları vaxtında qəbul et, zamanı gələr onlar da acı zərbələr alarlar, sənin kimi həyəcan keçirirlər. İndi həmin zaman yetişib, hər şey əla olacaq. Əli bəy, zaman gələr sizdə "JEK" müdiri olarsız. Bu arada bir sözümü diqqətinizə çatdırmaq istəyirəm. Gənclərlə savaşanlar məğlubiyyətə məhkumdur. Bəli, biz gənclərlə savaşanlar məğlubiyyətə məhkum deyil, məğlubiyyətə düçar olacaqlar”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər