3 Sentyabr 2015 15:04
1 440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin üzvləri Azay Quliyev, Fazil Mustafa və Vahid Əhmədov sosial şəbəkədə “Son 5 ilin ən yaxşı deputatı kimdir?” sorğusuna etiraz ediblər. Etiraza səbəb sorğuda digər deputatların ünvanına təhqiramiz fikirlərin qeyd olunmasıdır.

Bununla bağlı adları çəkilən deputatlar "Deputat 2015" səhifəsinin adminlərinə müraciət ediblər.

Müraciətdə qeyd olunur: "Sosial şəbəkələrdə deputatlarla bağlı rəy sorğusunun keçirilməsinə marağı başa düşürük. Biz həmçinin bizə dəstək olan və fəaliyyətimizi qiymətləndirən hər kəsə, xüsusilə də seçicilərimizə öz minnətdarlığımızı bildiririk. Lakin səhifədə digər millət vəkillərinin ünvanlarına etikadan kənar, həqiqətləri əks etdirməyən ifadələr, təhqirlər söylənilir və belə hesab edirik ki, bu cür yanaşma onlara qarşı haqsızlıqdır. Bununla yanaşı, millət vəkillərinin qarşı-qarşıya qoyulmasını və tərəfdarların arasında lüzumsuz mübahisələri doğru hesab etmirik. Ümumiyyətlə bu cür subyektiv sorğuları elmi-metodologiyaya əsaslanmadığı üçün aktual hesab etmirik.

Bütün bunları nəzərə alaraq bizim (Azay Quliyev, Fazil Mustafa və Vahid Əhmədov) adlarımızın sorğudan çıxarılmasını xahiş edirik".


Müəllif: