Bu gün Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) parlament seçkiləri ilə bağlı hazırladığı aralıq hesabatla bağlı mətbuat konfransı keçirib.
Teleqraf.com-un məlumatına görə, AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib ki, bu aralıq hesabat 1 may–1 sentyabr dövrünü əhatə edir. Onun sözlərinə görə, hesabat–icmal, ümumi məlumat, seçkiqabağı siyasi mühit, söz və mətbuat azadlığı, sərbəst toplaşmaq azadlığı, Milli Məclisə seçkilərlə bağlı AVCİYA tərəfindən aparılan sosioloji sorğuların və KİV-in monitorinqinin nəticələri, seçici siyahıları, seçki administrasiyasının fəaliyyəti, yerli və beynəlxalq müşahidəçilər, seçkilərin monitorinqi bölmələrini əhatə edir: “Assosaisiyanın apardığı monitorinq onu deməyə əsas verir ki, parlament seçkiləri ərəfəsində ölkədəki əlverişli ictimai-siyasi mühit, siyasi təşkilatlar arasında keçirilən dialoq, vətəndaş cəmiyyəti institutlarının əvvəlki illərdən fərqli olaraq daha da inkişaf etməsi, söz və mətbuat azadlığı sahəsində vəziyyət beynəlxalq standartlara uyğun olması şəffaf, demokratik seçkilərin keçirilməsi üçün əlverişli zəmin yaradır”.
BƏXTİYAR