“Avropa Parlamentinin sentyabrın 10-da Azərbaycan haqqında qəbul etdiyi qərəzli qətnaməsinə görə Azərbaycanla Avropa İttifaqı arasında Strateji tərəfdaşlığa dair saziş üzrə ilkin müzakirələrin aparılması üçün gələn həftə Azərbaycana gəlməsi nəzərdə tutulan Avropa İttifaqı Komissiyasının nümayəndə heyətinin səfəri Azərbaycan tərəfindən təxirə salınır”.
Bu barədə Teleqraf.com-a XİN-in mətbuat xidmətindən daxil olan açıqlamada bildirilib.
“Ümumiyyətlə, anti-Azərbaycan və anti-İslam meyllərin güclü olduğu Avropa İttifaqı ilə əlaqələri yenidən nəzərdən keçirməliyik”, deyə açıqlamanın sonunda qeyd olunub.
Səxavət