“Avropa Parlamentində qəbul edilən sənəd Azərbaycana qarşı informasiya müharibəsinin tərkib hissəsidir. Saxta erməni soyqrımı ilə bağlı böyük fond yaradılmışdı. Bundan Azərbaycana ləkə yaxmaq üçün istifadə edilirdi. Amerikada, Latın Amerikasında, Avropa ölkələrində bu maliyyədən Azərbaycana qarşı istifadə edilirdi. Baxın, qəfildən Avropa deputatları Qarabağa səyahətləri başladılar. Söhbət demokratiya və insan hüquqlarından getmir”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin iclasında çıxış edən deputat Asim Mollazadə deyib.
Onun fikrincə, bütün bunların başında erməni lobbisi durur: “Təbii ki, Azərbaycan və Türkiyənin güclənməsini istəməyən qüvvələr də bu işdə var. Nəhayət, Azərbaycanda bütün dinlər və millətlər tolerant formada yaşayır. Bu da, onların işini pozur. Azərbaycana qarşı olan hər bir deputatın seçki dairəsində etiraz bildirilməlidir. Avropa Parlamentinin qarşısında da aksiyalar olmalı, etirazlarımız ifadə olunmalıdır. Hesab edirəm ki, Azərbaycan və Türkiyə diasporası bu işdə aktiv olmalıdır. Azərbaycan böyük qardaş istəmir. Bu, bizə lazım deyil. Kimsə bizə böyük qardaşlıq etmək iddiasına düşməsin. Azərbaycan müstəqil dövlətdir. Biz bu xətti müdafiə etməli və irəli aparmalıyıq”.
Nemət