17 Sentyabr 2015 16:24
1 117
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azəri-Türk Qadınlar Birliyi”nin sədri Tənzilə Rüstəmxanlı 42 saylı Sumqayıt ikinci seçki dairəsindən namizədliyini irəli sürə bilər.

T.Rüstəmxanlı Teleqraf.com-a açıqlamasında bildirib ki, təmsil olunduğu Vətəndaş və İnkişaf Partiyasında (VHP) onun bu dairədən namizəd olmasını istəyənlər var.

"Bu, hələ son qərarımız deyil. Sabah müəyyənləşəcək", deyə T.Rüstəmxanlı bildirib.

42 saylı Sumqayıt ikinci seçki dairəsinin onun üçün özəlliyinə gəlincə T.Rüstəmxanlı qeyd etdi ki, qohumları bu dairədə yaşayır: "Bu dairədə çox sayda qohum-əqrəbam, tanışlarım var".

Qeyd edək ki, VHP sədri S.Rüstəmxanlı namizəd olmayacağını, əvəzində Tənzilə Rüstəmxanlının seçkilərdə iştirak edəcəyini bildirib.

42 saylı Sumqayıt İkinci Seçki Dairəsinin hazırkı deputatı Musa Qasımlı dairəsini dəyişərək Sabir Rüstəmxanlının deputat olduğu 72 saylı Yardımlı-Masallı seçki dairəsindən namizədliyini irəli sürüb.


Müəllif:

Oxşar xəbərlər